İspaniya Ali Məhkəməsi 2004-cü il 191 nəfərin həyatına son qoyan Madriddə qatar partlayışında təqsirli bilinən 21 nəfərdən 4-nə qarşı ittihamları rədd edib. Bu 4 nəfər terrorçu qrupun üzvü olmaqdan tutmuş partlayıcılarla təchiz etməyə kimi bir çox ittihamlarda mühakimə olunurdular. Məhkəmə həmçinin hücumda iştirak edən Əl-Qaidə rəhbərlərindən Misirli Məhəmməd kimi tanınan Rabey Osman Seyid Əhmədə qarşı aşağı instansiya məhkəməsinin ləğv etdiyi bir iddianı da qüvvədə saxlayıb. Ali Məhkəmədən bildiriblər ki, onu hücumun təşkilatçısı kimi göstərmək üçün kifayət qədər sübut olmayıb.