Accessibility links

Roma Papası Avstraliya gənclərinə müraciət edib


Roma Papası 16-cı Benedikt Avstraliyanın Sidney şəhərində toplaşmış gənc katolikləri yer kürəsinin zərif ətraf mühitini qorumağa və boş materializmi rədd etməyə səsləyib. Pontif nitqini bu gün, Dünya Gənclər Günündə Sidneyin məşhur buxtasında 100 min zəvvar qarşısında söyləyib. Benedikt habelə izdihama bildirib ki, bəşəriyyət planetin okeanlarını və başqa təbii sərvətlərini öz istehlakı naminə xərcləyib. O, həmçinin alkohol və narkotiklərdən istifadənin, müasir əyləncədə seksual deqradasiyanın televiziyada və internetdəki təsirlərini pisləyib. Benediktin çıxışı buxtada qayıqla gəzinti və Aborigen mərasimindən sonra başlayıb.


XS
SM
MD
LG