Accessibility links

Ermənistanın xarici işlər nazirinin ABŞ səfəri davam edir


Ermənistanın hazırda Amerika Birləşmiş Ştatlarında səfərdə olan xarici işlər naziri Edvard Nalbandyan “Amerikanın səsi”nə müsahinbəsi zamanı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistanın mövqelərinin yaxınlaşdıırlması iqtiqamətində müzakirələrin davam etdiriləcəyini bildirib. Nazir deyib ki, Ermənistan Minsk qrupunun həmsədrlərinin Madrid prinsipləri əsasında danışıqların davamının tərəfdarıdır. Amerika səfəri çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ABŞ dövlət katibi Kondoliza Rays nüvə qaçaqmalçılığının qarşısının alınmasına dair razılıq imzalayıb. Nüvə qaçaqmalaçılığına dair ABŞ və Ermənistanın birgə fəaliyyət planında nüvə və radiaktiv materialların terrorçuların əlinə keçməməsi üçün Ermənistana yardım nəzərdə tutulur. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Amerika konqresmeni Co Nolenberqlə də görüş keçirib. Görüşdən sonra “Amerikanın səsi”nə müsahibə verən Konqresmen Nolenberq görüş zamanı Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqelərinin müzakirə edildiyini bildirib.

XS
SM
MD
LG