Accessibility links

Hizbullahla dəyişdirilmiş İsrail əsgərləri dəfn olundu


İsraildə minlərlə insan Livanın Hizbullah qrupu ilə məhbusların dəyişdirilməsi zamanı geri qaytarılan həlak olmuş İsrail əsgərlərinin dəfn mərasimində iştirak edib.

Müdafiə naziri Ehud Barak iki il bundan əvvəl sərhəd boyu əməliyyat zamanı ələ keçirilən Ehud Qoldvasserin Nahariya şəhərində dəfn mərasimində iştirak edənlər qarşısında çıxış edib.

Hayfa şəhərində isə ayrı mərasim zamanı həlak olmuş ikinci əsgər Eldad Reqev dəfn edilib.

Huzbullah əsgərlərin qalıqlarını dünən İsrailin beş Livan əsirini azad etdiyi zaman geri alıb. Hizbullahın lideri Həsən Nəsrullah məhsbusları Beyrutda yürüşdə salamlayıb

XS
SM
MD
LG