Accessibility links

Tayvanda qasırğa səbəbi ilə 7 adam ölüb


Tayvanın səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, Kalmayeqi adlı qasırğa səbəbi ilə 7 adamın ölümü təsdiq edilib. Dünən gecə qasırğa güclü yağış və şiddətli küləklə Tayvanı təsirinə məruz qoyub. Ölənlər arasında bir yaşlı uşaq da var. 6 nəfərin itkin düşdüyü xəbər verilir. Bu gün saatda 80 km sürətlə külək Çinin cənub bölgələrinə yaxınlaşıb. Dünən qasırğa Filippində iki adamın ölümünə səbəb olub. 20000 adam daşqınlara məruz qalıb.

XS
SM
MD
LG