Accessibility links

ABŞ prezidenti və İraqın Baş naziri telefon söhbəti edib


ABŞ prezidenti Corc Buş və İraqın Baş naziri Nuri əl-Məliki İraqda Birləşmiş Ştatların hərbi qüvvələrinin sayının azaldılması üçün mümkün vaxt cədvəlini müzakirə ediblər. Ağ Evin sözçüsü Dana Perino deyib ki, liderlər dünən video-telefon vasitəsilə aparılan danışıqlar zamanı müxtəlif məsələlər, o cümlədən, İraqda təhlükəsizliklə bağlı vəziyyət və İraq təhlükəsizlik qüvvlərinin hazırlığını müzakirə ediblər. Dana Perionun bildirdiyinə görə, onlar deyib ki, ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdırılması prinsipləri əsaslanmalıdır. İraq rəsmiləri uzunmüddətli təhlükəsizlik razılığına dair danışıqların bir hissəsi kimi ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılmasının vaxtının müəyyən edilməsi üçün Vaşinqtona təzyiq göstərirlər.

XS
SM
MD
LG