Accessibility links

"Yeniyetmə Nailiyyəti" proqramı


"Yeniyetmə Nailiyyəti" proqramı gəncləri bizines və iqtisadiyyat haqda maarifləndirən beynəlxalq hərəkatdır. Bu məqsəd onların dünya iqtisadiyyatında müvəffəqiyyətli olmalarına kömək edir.

Təşkilatın şaxələri çox genişdir. "Yeniyetmə Nailiyyəti" və ya "JA Worldwide" bildirir ki, tələbələrin sayı hər il 100 ölkədən təxminən 8 milyona çatır. Proqramlar ibtidai sinifdən başlayaraq, bütün məktəb illəri boyu davam edir. Təhsil bazar-əsaslı iqtisadiyyat və sahibkarlıq ideyaları üzərində cəmləşir.

"Yeniyetmə Nailiyyəti" 1919-cu ildə Massaçusets ştatının Springfield şəhərində başlayıb. Proqramı başlamaq üçün 2 biznes lideri Horake Mouses və Teodor Veyl Massaçusetsdən senator Mörrey Kreynə qoşulub. 50 ildən çox "Yeniyetmə Nailiyyəti" proqramı məktəbdən sonra bir biznes klubu dərnəyi kimi fəaliyyət göstərib. İlk vaxtlarında təşkilat fəaliyyətə 10-12 yaşlı bir neçə uşaqla başlayıb. Ancaq 1975-ci ildən "Yeniyetmə Nailiyyəti" dərs saatları zamanı tədris olunub. Proqram məktəb gününün bir hissəsi kimi biznes bacarığı tədris etməyə başlayandan sonra bir çox gənc təşkilata qoşulub. Onlara habelə Amerika, dünya iqtisadiyyatı, sənaye və ticarət barədə biliklər tədris olunub.

"Yeniyetmə Nailiyyəti Şirkət proqramı" gənclərə sahibkarlıq işlərini öyrədir. Onlar bunu öz şirkətlərini idarə etməklə öyrənirlər.

Şagirdlər öz şirkətlərində məhsulları təkmilləşdirir və səhmləri satır. Onlar pulları sonradan satacaqları məhsulları düzəlmək üçün materialların alınmasına sərf edirlər.

"Yeniyetmə Nailiyyəti" təşkilatından bildirirlər ki, bütün dünyada bu proqramı 287 min könüllü dəstəkləyir. Təkcə ABŞ-da Yeniyetmə Nailiyyəti tədbirlərinin həyata keçirildiyi 22 mindən çox məkan var. "Yeniyetmə Nailiyyəti İnkorporasiyası" və "Beynəlxalq Yeniyetmə Nailiyyəti" öz fəaliyyətlərini 2004-cü ildə birləşdirib. Belə ki, "Yeniyetmə Nailiyyəti WORLDWİDE" yaranıb. Hazırda təşkilatın baş qərargahı Kolorado Ştatının Kolorado Sprinq şəhərində yerləşir.

XS
SM
MD
LG