Accessibility links

ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Əfqanıstandadır


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama xarici siyasət kursunun nümayişi məqsədi ilə böynəlxalq səfərinə Əfqanıstandan başlayıb. Bu gün Kabilə çatan senator Obamanın prezident Həmid Karzay və ABŞ-ın hərbi liderəri ilə görüşü gözlənilir. Barak Obama İraqa da ABÇ-ın hırbi liderlıri ilə görüş keçirməyi palnlaşdırır. Onun respublikaçı rəqibi Con Makkeyn Obamanın bu səfərlərini alqışlayıb, lakin təəccübləndiyini bildirib ki, Əfqanıstana səfər etməzdən öncə cənab Obama bu ölkə ilə bağlı xarici siyasət kursunu açıqlayıb. Obama isə İraq müharibəsinin diqqəti Əfqanıstandakı mübarizədən yayındırdığını bildirir. İllinoiz senatorunun səfərinə İsrail, İordaniya, Almaniya, Fransa və Britaniya daxildir.

XS
SM
MD
LG