Accessibility links

Cenevrədə İranla ABŞ arasında görüş keçirilir


Bu gün ilk dəfə olaraq Cenevrədə İranla ABŞ arasında görüş keçirilir. Bağlı qapılar arxasında keçirilən İsveçrə danışıqlarında Amerikanın yüksək səlahiyyətli diplomatı Uilyam Börns, İran nümayəndəsi Səid Cəlili və Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin rəhbəri Xaviyer Solana iştirak edir. Müzakirələrə Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Çin rəsmiləri də qatılıb. Danışıqların gündəliyində uran zənginləşdirilməsinin dayandırılması bir nömrəli məsələdir. Dünən İranın xarici işlər naziri Mənuçehr Mottaki demişdi ki, Amerika ilə nümayəndəliyin təsisi və birbaşa uçuşlar barədə danışıqlar keçirilə bilər. Türkiyənin paytaxtı Ankarada danışan nazir İranın nüvə proqramına dair bugünkü danışıları müsbət inkişaf adlandıraraq, gələcək nailiyyətlərə ümid bəslədiyini deyib. ABŞ dövlət katibi Kondoliza Rays bidlirib ki, bu qərar Amerikanın İranla ümimi dil tapmaq səylərini nümayiş etdirir. Lakin o, bu addımın Amerikanın mövqeyinin yumşalmasına işarə olmadığını deyib.

XS
SM
MD
LG