Accessibility links

Tayvanda qasırğa səbəbi ilə 15 adam ölüb


Tayvanın səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, Kalmayeqi qasırğası səbəbi ilə 15 adam ölüb. Koreya dilində “qağayı” demək olan qasırğa güclü yağış və şiddətli küləklə Tayvanı təsirinə məruz qoyub. 7 nəfərin itkin düşdüyü xəbər verilir. Bu gün saatda 80 km sürətlə külək Çinin cənub bölgələrinə yaxınlaşıb. Qasırğa Filippində iki adamın ölümünə səbəb olub. 20000 adam və 250000 ev daşqınlara məruz qalıb. Tayvanda 10 milyon dollarlıq əkinçilik məhsuluna ziyan dəyib.

XS
SM
MD
LG