Accessibility links

ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Bağdaddadır


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama təhlükəsizlik vəziyyətinin öyrənilməsi məqsədi ilə Bağdaddadır. Senator Obama ABŞ qüvvələrinin İraqdakı komandiri, general Deyvid Petreyes, İraqın baş naziri Nuri Əl-Maliki və gidər rəsmi şəxlərlə görüşməlidir. İraq müharibəsinin əleyhinə olan Barak Obama prezident seçildiyi təqdirdə, 16 ay ərzində ABŞ qüvvlərinin İraqdan çıxaırlcağına vəd verib. Onun respubliakçı rəqibi Con Makkeyn isə Amerikanın İraqdakı təhlükəsizlik öhdəliklərinə əməl etməsi üçün qüvvələrin daha artıq İraqda saxlanmasının tərəfdarıdır.

Səfərinə Əfqanıstandan başlayan Obama, oradan Küveytə getmişdi. Əfqanıstandakı vəziyyəti ciddi adlandıran Barak Obama deyib ki, Əqfanıstan İraq deyil və bu ölkə ABŞ-ın terrorizmlə mübarizədə mərkəzi cəbhəsi olmalıdır.

XS
SM
MD
LG