Accessibility links

Ermənistan prezidenti Türkiyə ilə münasibətlərin yaxınlaşmasına çağırır


Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə münasibətlərin yaxınlaşmasına çağırıb. Cənab Sarkisyan bildirib ki, Türkiyə prezidenti Abdulla Gülün səfəri iki ölkə arasında münasibətlərin normallaşması üçün müsbət an olardı.

Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş son səylər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əlaqələrin kəsilməsindən 15 il sonra baş verir. 1993-cü ildə Türkiyənin müttəfiqi Azərbaycanla müharibə apardığına görə Ankara Ermənistanla sərhədləri bağladı.

Cənab Sarkisyan bu yaxınlarda cənab Gülü Yerevanda iki ölkənin milli komandaları arasında sentyabrın 6-da keçiriləcək matça birgə baxmağa dəvət edib.


XS
SM
MD
LG