Accessibility links

Zimbabvedə siyasi rəqiblər bu gün danışıqlara başlayır


Diplomatik mənbənin sözlərinə görə, Cənubi Afrika Respublikası ilə Zimbabvenin hakim partiyası və müxalifəti arasında danışıqlar bu gün başlayacaq. Danışıqların məqsədi zorakılıqlarla müşayiət olunan siyasi böhrana son qoymaqdır. Bu müzakirələr dünən Zimbabve paytaxtı Hararedə prezident Robert Muqabe ilə Demokratik Dəyişiklik Partiyasının rəhbəri Morqan Çanqiray arasında imzalanan razılaşmanın bir hissəsidir. Bu, siyasi rəqiblərin son onillikdə ilk təkbətək görüşüdür. Tərəflər arasında baş müzakirəçi Cənubi Afrika Respublikasının prezidenti Thabo Mbeki də mərasimdə iştirak edib. Əldə olunun razılaşma tərəflərə danışıqlara sona çatdırmaq üçün 2 həftə vaxt verir.

XS
SM
MD
LG