Accessibility links

İraq prezidenti yeni seçki qanununu rədd edib


İraq Prezidenti Cəlal Talabani qalmaqallı vilayət seçki qanununu rədd edib. O, bu addımı Kürdlərin etirazlarına baxmayaraq parlamentin ölçünü qəbul etməsindən sonra atıb. Prezident idarəsi bu gün deyib ki, milliyətcə Kürd olan Talabani İraqın 275 adamlıq parlamentin yarısından az üzvünün təsdiq etdiyi qanunu qəbul edə bilməz. İraq parlamenti dünən qanunu qəbul edirkən Kürd fraksiyası iclas zalını tərk edib. Mübahisə neftlə zəngin Kərkük şəhərində səsvermənin keçirilmə qaydaları üzərində cərəyan edir. Parlamentin Kürd üzvləri şəhərin etnik Ərəb, Türkmən və Kürd sakinləri arasında hakimiyət bölgüsünü təsbit edən qanunu rədd edirlər. Vaşinqtonda Ağ Evin sözçüsü bildirib ki, yerli seçkilərin vaxtında keçlirilməsi İraqda etnik qruplarına barışığına yardımçı olardı.

XS
SM
MD
LG