Accessibility links

Huqo Çavez Belarusdadır


Venesuela Prezidenti Huqo Çavez Belarusda Prezident Aleksandr Lukaşenko ilə ticarət barədə danışıqlar aparır. Bu gün Minskə gələn cənab Çavez Belarus həmkarını dost adlandırıb və ümid etdiyini bildirib ki, onun bir-günlük səfəri qarşılıqlı ticarətin və iqtisadi əlaqələrin inkişafına yardımçı olacaq. Hər iki siyasi lider ABŞ-ın kəskin tənqidçiləridir. Venesuela rəhbəri Minskə Moskvadan gəlib. Rusiyada ikən o, Prezident Dmitri Medvedevlə Rus neft-qaz şirkətlərinin Cənubi Amerikada fəaliyyətinə dair 3 müqavilə imzalayıb. Həmin səfər əsnasında cənab Medvedev iki dövlətin bir araya gələrək qaz karteli yaratmasıl fikrini irəli sürüb. ABŞ və Avropa dövlətləri OPEK-ə bənzər qaz kartelinin təsis olunmasının əleyhinə çıxırlar.

XS
SM
MD
LG