Accessibility links

Zimbabve müxalifəti ilə iqtidar arasında danışıqlar gedir


Cənubi Afrikanın Pretoriya şəhərində Zimbabve müxalifəti ilə iqtidar arasında hakimiyyət bölgüsü barədə danışıqlar gedir. Hakim ZANU-PF partiyası və müxalifətdə olan Demokratik Dəyişiklik Uğrunda Hərəkatın liderləri ölkənin siyasi böhranını həll etmək üçün 2 həftə müzakirələr aparacaqlar.

Zimbabve prezidenti Robert Muqabe və müxalifət lideri Morqan Çangiray ötən həftə barışıq müzakirələri haqda saziş imzaladılar. Həmin razılıqda yeni hökumət, yeni konstitutsiya və dəyişikliklər planı üzrə hədəflərin müzakirəsi öz əksini tapır. Hər iki tərəf artıq yeni konsitutsiyanın hazırlanması barədə razılığa gəliblər.

XS
SM
MD
LG