Accessibility links

PKK yaraqlılarının mövqeləri hədəf alınıb


Türkiyənin hərbi təyyarələri İraqın şimalındaki kürd yaraqlılarının mövqelərini hədəf almışlar. Türkiyə hərbi rəsmilərinin bildirdiyinə görə, Türkiyə ilə sərhəddəki Zap regionunda PKK-nın 13 məntəqəsi bombardman edilib. Rəsmilər hələ də yaraqlıların axtarıldığını bildirirlər. Türkiyə son 5 gün ərzində keçirilən əməliyyatlar zamanı 33 PKK yaraqlısının öldürüldüyünü bildirir.

Türkiyə bu il PKK üsyançılarına qarşı hər iki ərazidə, Türkiyə və İraq ərazilərində hərbi əməliyyatlarını genişləndirib. PKK Türkiyənin şərqində girov götürdükləri alman turistlərini bu həftənin əvvəli azad edib.

XS
SM
MD
LG