Accessibility links

Barak Obama Avropa səfərini Parisdə davam etdirib


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Avropa səfərini bu gün prezident Nikola Sarkozi ilə görüşdüyü Parisdə davam etdirib. Obamanın Fransa səfərinin Almaniya qədər əhəmiyyətli olacağı gözlənilmirdi. Dünən senator Obama Berlində Almaniya kansleri Angela Merkellə görüş keçirib, NATO-nun Əfqanıstandakı rolu məsələsini müzakirə etmişdi. Daha sonra o, açıq havada Zəfər Sütunu abidəsi önünə toplaşmış 200 min insan qarşısında Trans-Atlantik əlaqələrə dair nitq söyləmişdi. Barak Obamanın respublikaçı rəqibi senator Con Makkeyn Obamanın Berlin çıxışını tənqid edərək, Berlində namizəd deyil, prezident kimi çıxış etmək istədiyini bidlirib.

XS
SM
MD
LG