Accessibility links

ABŞ dövlət katibi Pakistanı yaraqlılara qarşı mübarizənin kəskinləşdirilməsinə çağırıb


ABŞ dövlət katibi Kondoliza Rays Pakistanı sərhəd bölgələrdən Əfqanıstana hücum edən yaraqlılara qarşı mübarizənin kəskinləşdirilməsinə çağırıb. Bu gün Avstraliyanın Pert şəhərində müxbirlərlə danışan xanım Rays deyib ki, yaraqlılara hücumlarını planlaşdırıb, onları həyata kecirmələrinə yol verilməməlidir. Avstraliyanın xarici işlər naziri Stefen Smit də dövlət katibinin dediklərini dəstəkləyərək, sərhəd regionunu terrorizmlə mübarizənin qaynar nöqtəsi adlandırıb. Qeyd edək ki, Avstraliyanın Əfqanıstanda minə yaxın əsgəri qüvvəsi xidmət göstərir. ABŞ dövlət katibi Kondoliza Rays İsrail və Fəsəltin sülh prosesinə gəldikdə, tərəflərin ilin sonundək razılıq əldə etmək üçün vaxtları olduğunu deyib.

XS
SM
MD
LG