Accessibility links

Baş müfəttiş neft şirkətlərinin sövdələşməsində Dövlət Departamentinin rolunu araşdırır


ABŞ Dövlət Departamentinin müvəqqəti baş müfəttişi İraq və Qərb neft şirkətləri arasındakı sövdələşmələrdə departamentin mümkün rolunu araşdırdığını deyib. ABŞ siyasəti belə sövdələşmələrin tərəfdarı deyil, çünki İraqın hələ də gəlirlərini ədalətli şəkildə tənzimləyən neft qanunu yoxdur. Müvəqqəti baş müfəttiş Harold Qeysel qanununvericilərə ünvanladığı məktubunda yazıb ki, o, neft müqavilələrini, neft yataqlarında görülən işləri və ABŞ-ın İraqdakı siyasətini nəzərdən keçirməyə başlayıb. Bu addım Birləşmiş Ştatların 4 senatorunun məsələnin araşdırılmasını tələb etməsindən sonra atılıb. Dövlət Departamenti hansısa bir neft sövdələşməsini həyata keçirməyə çalışdığı iddialarını danıb.

XS
SM
MD
LG