Accessibility links

Barak Obama Qordon Braunla görüşüb


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama özünün xarici səfərlərinə haqq qazandıraraq bunun Amerikanın müttəfiqləri ilə problemlərin həllində mühüm addım olduğunu deyib. Obama bu şərhləri Böyük Britaniya baş naziri Qordon Braunla 2 saatlıq görüşdən sonra verib. Həmin görüşdə Obama iki ölkə arasındakı münasibətləri, qlobal iqlim dəyişikliyini və beynəlxalq terrorizmi müzakirə ediblər. Britaniya Obamanın Avropa və Yaxın Şərqə səfərinin sonuncu dayanacağıdır. Səfərin məqsədi Obamanın xarici siyasət sahəsində təcrübəsini genişləndirməkdir. Bu gün erkən saatlarda Obama sabiq baş nazir Toni Bleyerlə səhər yerməyi yemiş və Mühafizəkarlar Partiyasının lideri Devid Kameronla görüşmüşdür.
XS
SM
MD
LG