Accessibility links

NATO qüvvələri 4 mülki əfqan vətəndaşı öldürüb


Əfqanıstandakı NATO qüvvələri təsadüf nəticəsində 4 mülki vətəndaşı öldürüb, 3-nü isə yaralayıb. Hadisə Helmənd vilayətində əsgərlər yoxlanış məntəqəsində saxlamayan avtomobilə atəş açan zaman baş verib. Rəsmilər deyir ki, naməlum şəxslər avtomobili saxlamadığı vaxt xəbərdarlıq atəşi açılıb, ancaq sonradan əsgərlər bunun yaraqlı hücumu olduğundan qorxaraq avtomobili atəşə tutmağa məcbur olublar. NATO bu gün açıqladığı bəyanatında hadisədən dərin təəssüf hissi keçirildiyini bildirib. Bəyanatda bu lazımsız insidentin maşın sürücüsünün ehtiyatsız hərəkəti ucbatından baş verdiyi qeyd olunur. Mülki vətəndaşların itkisi Əfqan hökuməti ilə ölkədə fəaliyyət göstərən beynəlxalq qüvvələr arasında zəif nöqtədir. BMT deyir ki, Talibanla xarici qüvvələrin cəbhə xəttində 700-ə yaxın əfqan mülki vətəndaş öldürülüb.

XS
SM
MD
LG