Accessibility links

Qəzza Zolağında Həmasla Fətah arasında insident yaşanıb


Həmas təhlükəsizlik qüvvələri 5 Həmas üzvünün və bir gənc qızın həyatına son qoyan bomba partlayışından sonra Qəzza Zolağında Fətah qrupunun onlarla tərəfdarını həbs edib. Dünən Qəzza şəhəri yaxınlığında baş verən partlayış nəticəsində 19 nəfər yaralanıb. Hücum keçən il islamçı Həmas qrupu Fətaha bağlı təhlükəsizlik qüvvələrini Fələstinlilərin ərazisindən çıxarandan sonra baş verən ən qanlı hadisədir. Bu gün minlərlə Həmas tərəfdarı partlayış nəticəsində həlak olanların dəfn mərasimində iştirak etmək üçün küçələrə çıxıb. Ali Həmas lideri Xəlil Əl-Hayya isə hücuma görə Fətah liderlərini ittiham edib. Partlayış zamanı Əl-Hayyanın qardaşı oğlu həlak olub, öz oğlu isə yaralanıb. O, cavabdehlərin cəzalandırılmalı olduğunu deyib.

XS
SM
MD
LG