Accessibility links

Namizədlər diqqəti iqtisadiyyata yönəldirlər


ABŞ Prezidentliyinə Demokrat namizəd Barak Obama xaricə 9 günlük səfərindən sonra vətənə qayıdır. Bu arada onun Respublikaçı rəqibi Con Makkeyn diqqəti enerjiyə yönəldib. Obama sabah Federal Ehtiyatlar Fondunun sabiq rəhbəri Pol Volker, sabiq Maliyyə Naziri Robert Rubin və milyarder investor Vorren Baffetlə görüşməyi planlaşdırır. Senator Makkeyn dünən Obamanın ofşor neft istismarına və əlavə nüvə elektrik stansiyalarının inşasına qarşı mövqeyini tənqid edib. Makkeyn tərəfdarları deyirlər ki, onların namizədi rəy sorğularında enerji siyasətinə gəldikdə Obamanı üstələyir.
XS
SM
MD
LG