Accessibility links

NATO və əfqan hərbi qüvvələri yaraqlılara qarşı əks-hücuma keçiblər


Əfqanıstan rəsmiləri bildirirlər ki, əfqan və NATO-nun hərbi qüvvələri ilə yaraqlılar arasında Xost vilayətinin Spera mahalında baş verən atışmalarda 70-dən çox militant öldürülüb. Vilayətin valisi Arsallah Camal deyir ki, təxminən 100 yaraqlı Spera mahalında polis məntəqəsinə hücum edərək iki polisi öldürdükdən sonra, NATO və əfqan hərbi qüvvələri yaraqlılara qarşı əks hücuma keçiblər. Polis bildirir ki, Xost vilayətinin digər bir məntəqəsində intiharçının yolu təmir edən fəhlə briqadasının yanında özünü partlatması nəticəsində bir adam həlak olub və 6 adam yaralanıb.

XS
SM
MD
LG