Accessibility links

ABŞ dövlət katibi Sakit okeanı cənub regionunun diplomatları ilə görüşüb


ABŞ dövlət katibi Kondoliza Rays bu gün Samoada Ficinin hərbi hökumətinə demokratiyanın bərpası təzyiqləri məqsədi ilə Sakit Okeanı cənub regionunun diplomatları ilə görüş keçirib. Yeni Zelandiyadan Samoaya gedən xanım Rays Auklandda biznes liderlərinə Ficiyə demokratiyanın qaytarılmasının labüdlüyünü bildirib. Bu ayın əvvəllərində Ficinin hərbi rəhbəri Frank Bainimarama demişdi ki, bu ölkəyə demokratiya gətirəcək seçkilər vəd edildiyi kimi mart ayında keçirilməycək. O deyib ki, bu möhlətə seçki islahaları həyata keçirlməyincə əməl etmək mümkün olmayacaq.

XS
SM
MD
LG