Accessibility links

Parsons Deliver şirkətinin İraqda milyonlarla dollar vəsaiti israf etdiyi deyilir


ABŞ hökumətinin auditorlarının bu gün açıqlayacağı hesabatda Kaliforniyanın müqavilə şirkətinin İraqda milyonlarla dollar vəsaiti israf etdiyini bildirir. İraqda bərpa işləri üzrə baş inspektor bildirir ki, ABŞ hökumətinin Parsons Delaver şirkətinə ayırdığı 333 milyon dollar vəsaitin 43 faizi dayandırılmış, ya da təxirə salınmış layihələrə sərf edilib. Auditorlar aşkar ediblər ki, şirkət İraqda 53 həbsxana, sərhəd keşik məntəqəsi, məhkəmə binası və digər obyektlərin inşası üzrə lahiyələrin yalnız 18-ni başa çatdırıb. Parsons Delaver ABŞ hərbi qüvvələrinin 2004-cü ildə İraqın bərpası üçün elan etdiyi tenderdə iştirak edən 12 şirkətdən biridir.



XS
SM
MD
LG