Accessibility links

Pakistanın baş naziri Yusif Raza Gilani Amerikada səfərdədir


ABŞ prezidenti Corc Buş və Pakistanın Amerikada səfərdə olan baş naziri ilə bu gün Ağ Evdə görüş zamanı terrorizmə qarşı qlobal mübarizə məsələsini müzakirə edəcəklər. Cənab Buşun baş nazir Yusif Raza Gilaniyə Pakistandan ərazisindən istifadə edərək qonşu Əfqanıstanda ABŞ və əfqan əsgərlərinə qarşı hücumlar təşkil edən Taliban və Əl-Qaidə ekstremistləri haqda sual verəcəyi gözlənilir.

Birləşmiş Ştatlar Pakistanın sərhəd hücumlarını dayandırmaq üçün daha artıq səy göstərməsini istəyir. Pakistan öz ərazisindən başqa ölkələrə hücumlar təşkil edilməsi üçün istifadə etməyə imkan vermədiyini bildirir. Cənab Gilani hökuməti zorakılıqları dayandırmaq üçün hərbi qüvvədən istifadə edəcəyini, lakin yaraqlılarla dialoq aparılmasına üstünlük verdiyini bildirir.



XS
SM
MD
LG