Accessibility links

Ukraynada daşqınlar davam edir


Ukraynanın qərbində rəsmilər bildirirlər ki, Rumıniya sərhədində baş verən qasırğalar və daşqınlar nəticəsində ölənlərin sayı 22-yə çatıb. Onlardan 6–sı uşaqlardır. 20 min sakin evakuasiya edilib. Rumıniyada da ən azı 4 həfərin həlak olduğu bildirilir. Ukrayna Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, günlərlə davam edən intensiv yağışlar Prut və Dnestr çayının su səviyyəsinin təhlükəli dərəcədə qalxmasına səbəb olub. Rəsmilər 40 mindən çox evin daşqınlar altında qaldığını bildirir.

XS
SM
MD
LG