Taliban
yaraqlıları Pakistanın şimal-qərbində 30 təhlükəsizlik əməkdaşını oğurlayıb.
Hadisə regionda 3 kəşfiyyat agenti öldürüləndən bir gün sonra baş verib.
Təhlükəsizlik rəsmiləri deyir ki, yüzlərlə yaraqlı Svat vadisinin Matta
şəhərinə yaxın Kabal ərazisindəki polis məntəqəsinə hücum edəndən sonra polis
zabitləri və yarım-hərbi əsgərlər əsir götürülüb. Yaraqlıların sözçüsü faktı
təsdiq edərək deyib ki, təhlükəsizlik qüvvələrinə təslim olmadıqları təqdirdə
öldürüləcəkləri bildirilib. Dünən isə Svat Vadisinin əsas şəhəri olan Minqorada
Talibanyönlü yaraqlılar 3 təhlükəsizlik agentini öldürüblər. Yerli radikal dini
lider Mövlana Fəzlullanın başçılıq etdiyi qrupun sözçüsü agentlərin həbsdəki
yaraqlıların fiziki işgəncələrə məruz qalmasına cavab olaraq öldürüldüyünü
bildirib.