Accessibility links

Zimbabvenin siyasi rəqibləri danışıqlara fasilə verib


Cənubi Afrika Respublikasının prezident Thabo Mbeki deyir ki, Zimbabvedəki siyasi böhrana son qoymaq məqsədilə keçirilən danışıqlara fasilə verilsə də, müzakirələr bir neçə günə bərpa olunacaq. Jurnalistlərə açıqlama verən cənab Mbekinin sözlərinə görə, Zimbabvenin hakim ZANU-PF partiyasının və müxalif Demokratik Dəyişiklik Hərəkatının müzakirəçiləri partiya liderləri ilə məsləhətləşmək üçün Harareyə qayıdacaqlar. Prezident Mbeki deyib ki, CAR paytaxtı Pretoriada keçirilən danışıqlar müsbət istiqamətdə davam edir. Dünən Milli Birlik Hökumətində müxalifət lideri Morqan Çanqirayın tutacağı mövqe barədə məsələ dalana dirəndiyindən danışıqların dayandırıldığı bildirilib. Demokratik Dəyişiklik Hərəkatının açıqlamasına görə, ZANU-PF nümayəndələri Çanqiraya heç bir icraçı funksiyası olmayan 3-cü vitse-prezident vəzifəsi təklif edib.

XS
SM
MD
LG