Accessibility links

Mahmud Əhmədinejad BMT-ni qüdrətli ölkələrin istəklərinə baş əyməkdə günahlandırıb


İran prezidenti Mahmud Əhmədinejad BMT-ni qüdrətli ölkələrin istəklərinə baş əyməkdə günahlandırıb. İran prezidenti deyib ki, indi inkişaf etmiş ölkələrin birləşib, dünyada sülh və sabitliyi bərqərar etməsi vaxtıdır. Bu gün Tehranda danışan İran lideri dünyanın aparıcı qüdrətlərinin nüvə silahları proqramlarını gücləndirdiklərini, lakin inkişaf etməkdə olan ölkələrə dinc mahiyyətli nüvə enerjisi əldə etmələrinə mane olduqlarını deyib. Dünən NBC News-a müsahibə verən prezident Əhmədinejad Vaşinqtonun İranla bağlı siyasətini dəyişdirdiyi təqdirdə, qərblə nüvə müzakirələrinə hazır olduğunu bildirmişdi. Ag Evin sözçüsü Dana Perino deyib ki, İran prezidentinin dediklərinə skeptik münasibət bəslənməlidir.

XS
SM
MD
LG