Accessibility links

ABŞ Birmaya qarşı yeni sanksiyalar tətbiq edir


ABŞ prezidenti Corc Buş Birmaya qarşı sanksiyaların yeniləşdirilməsi və genişləndirilməsinə dair qanun layihəsinə imza atıb. Beləliklə o ölkənin hərbi xuntasına insan hüquqları və demokratiyaya hörmət göstərilməsi üçün təzyiqlər davam etdirilir. Amerika Birləşmiş Ştatları 5 il əvvəl islahatlar tərəfdarı müxalifət lideri Aung San Syu Kyunun həbsi də daxil edilməklə, Birmada demokratiyanın boğulmasına etiraz olaraq, idxal sanksiyaları tətbiq etmişdi. Bu gün prezident Buş yenidən bu qanunu və üçüncü ölkə vasitəsi ilə Birmanın dəyərli daşlarının ABŞ-a gətirilməsini qadağan edən digər bir qanunu imzalayıb. İmzalama mərasimində birinci xanım Lora Buş, bir neçə Konqres üzvü və uzun zamandan bəri Birmada insan hüquqlarını təbliğ edən konqresmen Tom Lantos iştirak edib.

XS
SM
MD
LG