Accessibility links

ABŞ Mətbuatı: Amerikalılar Pakistan kəşfiyyatına bel bağlamır


Pakistanın baş naziri Yusif Raza Gilani bu günlərdə Vaşinqtonda səfərdədir. Səfər əsnasında Pakistan lideri terrora qarşı mübarizəni müzakirə edir. Lakin Birləşmiş Ştatlar Pakistan hökumətinin anti-terror səylərinə tənqidi münasibət bəsləyir. “Pakistan hökuməti ilə başlıca problemimiz informasiya çatışmazlığı yox, hərəkətin yoxluğudur,” deyə adının açıqlanmasını istəməyən ABŞ rəsmisi Vaşinqton Postun müxbirinə bildirib. Ağ Evdə görüşləri zamanı prezident Buş Pakistanın suverelenyinə hörmət etdiyini və əlaqələrin yaxşı olduğunu vurğualyıb.

Amma pərdə arxasında İslamabadın Əl Qaida və Talibanla mübarizəsindən böyük narazılıq mövcuddur. Buna bariz nümunə cənab Gilani ilə Buş görüşməzdən əvvəl CIA dronunun Pakistanda 7 adamı hava zərbəsi ilə öldürməsidir. ABŞ ümid edir ki, hava zərbəsi nəticəsində Əl Qaida nümayəndəsi Əbu Xabab əl Məsri öldürülüb, hərçənd ki, bu xəbər öz təsdiqini tapmayıb.

Pakistanın hərbi sözçüsü General Mayor Atar Abbas hücum haqda qabaqcadan Pakistan rəsmilərinə məlumat verilmədiyini bildirib. Hərçənd ki, Mərkəzi Kəşfiyyat Agentliyi Pakistandakı tərəfdaşı ilə yaxın əlaqələr saxlayır, İnter Xidmət Kəşfiyyat Direktoriyası ilə münasibətlər ortada olan şübhələrdən ziyan çəkir. Belə ki, Amerikalılar bu agentliyin İslamçı ekstremistlərlə əlaəqələrinin olmasından şübhələnir.

Nyu York Taymz qəzetinin bu günkü sayında yüksık rütbəli CIA agentinin Pakistana gizli səfərindən və səfər əsnasında Pakistan kəşfiyyatçılarının İslamçılarla əlaqəsinə görə həmin ölkə rəsmilərini sərt tənqidindən bəhs edir. Agentliyin rəhbər müavini Stefen Kappes-ın görüşü Kabildə Hindistan səfirliyinin bombalanmasından sonra baş verib.

CIA-in əldə etdiyi məlumata əsasən ISI kimi tanınan Pakistan kəşfiyyatı Maulavi Haqqaninin rəhbərlik etdiyhi militant şəbəkəsi ilə sıx münasibətlər saxlayır. Öz növbəsində ABŞ inanır ki, Haqqani şəbəkəsi Əfqanıstanda Əl Qaida ilə əlaqə saxlayır. Haqqani şəbəkəsi başqa militantlarla birgə Əfqanıstanla həmsərhəd radikal tayfa regionlarında fəalkiyyət göstərir. Həmin militantlar Əfqanıstanda artan hücumlara görə məsuliyyət daşıyırlar.

ISI uzun müddət tayfa regionlarında müxtəlif ilitant qruplarla əlaqə saxlayıb. Burada məqsəd kəşfiyyat toplamaq, və eyni zamanda qonşu Hindistan və Əfqanıstana təzyiq vasitəsi kimi istifadə etməkdir. Lakin CIA hələlik bu militantların Pakistan hökumətinin yuxarı eşelonları ilə əlaqəsinin mövcudluğunu dəqiq müəyyən etməyib.

XS
SM
MD
LG