Accessibility links

Radovan Karaciç ilk dəfə olaraq Haaqa tribunalı qarşısına çıxacaq


Bosniyanın sabiq serb lideri Radovan Karaciç ilk dəfə olaraq sabah Haaqada BMT müharibə cinayətləri tribunalı qarşısına çıxacaq. Orada ona qarşı soyqırım ittihamları irəli sürüləcək. Prokurorlar bu məlumatı Belqrad rəsmiləri Karaciçi Beynəlxalq Cinayət Tribunalına təhvil verdikdən bir neçə saat sonra açıqlayıblar. Serb polisi 63 yaşlı şübhəlini ötən həftə Belqradda 12 illik axtarışdan sonra həbs edib. Karaciç Bosniya-Herseqovinada qeyri-serblərin etnik təmizlənməsində günahlandırılır.

BMT-nin baş ittihamçısı Serj Brammerts serb hökumətini Karaciçin həbsinə görə alqışlamış və bunu böyük nailiyyət adlandırmışdır.

XS
SM
MD
LG