Accessibility links

BMT Təhlükəsizlik Şurası Sudanın Darfur regionunda sülhümühafizə qüvvələrinin mandatı ilə bağlı səsvermə keçirir


BMT Təhlükəsizlik Şurası bu gün Sudanın Darfur regionunda sülhümühafizə qüvvlərinin mandatının uzadılıb-uzadılmamasına dair səsvermə keçirməlidir. Amerikanın səsinin əldə etdiyi təklif olunmuş qətnamə layihəsində mandatın gələn ilin iyul ayına qədər uzadılması nəzərdə tutulur. Burada həmçinin Afrika Birliynin Sudan prezidenti Ömər əl-Bəşirə qarşı müharibə cinayətlərinin ittihamlarının mümkün təxirə salınması da qeyd edilir.

Beynəlxalq Cinayətlər məhkəməsinin baş prokuroru məhkəmədən soyqırım. müharibə cinayətləri və Darfurda bəşəriyyətə qarşı cinayətlərlə əlaqədar cənab Bəşirin həbsi haqda order verilməsini istəyib.

BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayətlər Məhkəməsinin prosesləri və təhqiqatlarını bir il ərzində təxirə salmaq qüvvəsinə malikdir.

XS
SM
MD
LG