Accessibility links

Kərkükdə bomba partlayışı zamanı iki İraq əsgəri həlak olub


Kərkükdə yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində iki İraq əsgəri həlak olub. İraq rəsmilərinin bildiridiyinə görə, bomba əsgərlərin yaxınlıqdakı kənddə keşik çəkdiyi zaman işə düşüb. Rəsmilər partlayış zamanı iki əsgərin yaralandığını bildirirlər. Bomba hücumu multi-etnik Kərkükdə bazar günü vilayət üçün təklif olunmuş seçki qanununa dair səsvermədən öncə həyata keçirilib. İraq kürdləri şurada digər etnik qruplarla yerləri bölüşdürməyi nəzərdə tutan təkilfə etiraz bildirmək üçün nümayişlər keçiriblər. Bu arada, ABŞ hərbi qüvvələri İraqda çərşənbə və cümə axşamı keçirilən əməliyaytlar zamanı yaraqlı olduğundan şübhəli 16 nəfərin həbs edildiyini bildirib.

XS
SM
MD
LG