Accessibility links

Qarayara hücumunda şübhəli bilinən alim intihar etdi


Los Anceles Taymz qəzeti yazır ki, yüksək rütbəli ABŞ hökumət alimi 2001-ci ildə qarayara hücumlarına görə Ədliyyə Departamentinin ittihamları ilə üzləşmə ərəfəsində intihar edib. 62 yaşlı Bryus Ayvins çərşənbə axşamı Merilendin Frederik şəhərində iri dozada ağrıkəsici dərmanlar qəbul etdikdən sonra dünyasını dəyişib. Vaşinqtonda siyasətçilərə, Nyu York və Floridada media orqanlarına qarayara göndərdiyinə görə Ayvinsə qarşı rəsmi ittiham irəli sürüləcəkdi. 2001-ci il Sentyabrın 11-də baş verən terror hücumlarından az sonra qarayara göndərilməsi 5 adamın ölümünə, hökumət binalarının bağlanmasına və ABŞ poçt idarəsinin iflic olmasına gətirib çıxardı. Ayvins 18 il ərzində elitar ABŞ bio-müdafiə sənayesində çalışmış və qarayara hücumunun araşdırılmasına iştirak etmişdi.
XS
SM
MD
LG