Accessibility links

Barak Obama offşor neft hasilatına yol verilməsi məsələsini nəzərdən keçirə bilər


ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama əlavə neft və alternativ enerji mənbələrinin yaradılması məqsədi ilə offşor neft hasilatına yol verilməsi məsələsini nəzərdən keçirə biləcəyini deyib. Namizəd bunları Floridanın Palm Beach Post qəzetinə müsahibəsi zamanı deyib. Əvvəllər Barak Obama respublikaçı rəqibi Con Makkeynin offşor qazma işlərinə dair çağırşlarının əleyhinə çıxış edirdi. Lakin indi o, bu təklifə dəstək verəcəyini bildirir. Dünən Obama yüksək yanacaq qiymətlərinə görə amerikalılara min dollar məbləğində vergilərdən qayıdışla yardım göstərilməsini təklif etmişdi.

XS
SM
MD
LG