Accessibility links

Gürcüstan qüvvələri ilə  separatistlər arasındakı döyüşlər zamanı 6 adam öldürülüb


Cənubi Osetiya rəsmilərinin bildirdiyinə görə, Gürcüstanın hökumət qüvvələri ilə separtistlər arasındakı döyüşlər zamanı 6 adam öldürülüb, 13 nəfər isə yaralanıb. Tərəflər dünən gecə baş verən atışmaya görə biri-digərini günahlandırır. Cənubi Osetiya separatistləri Gürcüstan qüvvələrinin regionun paytaxtı Tsixinvalidəki hərbi potlara hücum etdiyini, nəticədə 7 nəfərin yaralandığını bildirib. Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında isə Cənubi Osetiya tərəfindən açılan atəşə cavab olaraq, separatistlərə hücum edildiyi bildirilir.

XS
SM
MD
LG