Accessibility links

Bağdadda 12 nəfər həlak olub


İraq polisinin bildirdiyinə görə, Bağdadın şimal hissəsində avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində 12 nəfər həlak olub. Bu gün Adhamiyə mahalının pasport idarəsi yaxınlığında baş verən terror aktı zamanı azı 22 nəfərin də yaralandığı bildirilir. İraq paytaxtında baş verən başqa bir hücum 6-sı mülki vətəndaş olmaqla, 9 nəfərin yaralanması ilə nəticələnib. Partlayış polis nəzarət məntəqəsi yaxınlığında baş verib. Hücum İraq parlamenti Kərkük regionu üçün hakimiyyətin bölüşdürülməsi barədə mübahisələrin həll olunması məqsədilə keçirməyi planlaşdırdığı növbədənkənar sessiyadan bir neçə saat əvvəl həyata keçirilib.

XS
SM
MD
LG