Accessibility links

Çində terror hücumu həyata keçirilib


Çinin dövlət mətbuatının bildirdiyinə görə, Tsincianq regionundakı terror hücumu bu gün 16 polis zabitinin ölümünə səbəb olub. Müsəlmanların sıx yaşadığı bu bölgədəki hücum Pekin Olimpiya oyunlarına bir neçə gün qalmış həyata keçirilir. Rəsmi Tsinxua agentliyinin məlumatına görə, iki yük maşını sürücüsü polis idarəsinə hücum etmiş, həbs edilməzdən əvvəl bıçaqla polisə zərbə endirmişdi. Hücumun məsuliyyəti Şərqi Türküstan islamçıları hərəkatı üzərinə atılır. Bu hərəkatın uyğur üzvləri artıq illərdir Çin rejiminə qarşı mübarizə aparır.

XS
SM
MD
LG