Accessibility links

Bağdadda iki gündür bomba hücumları həyata keçirilir


İraq polisinin bildirdiyinə görə, bu gün Bağdadın Fələstin küçəsində yol kənarına yerləşdirilmiş bomba partlayışı bir əsgərin və bir mülki vətəndaşın ölümünə, azı 9 nəfərin yaralanmasına səbəb olub. Bu artıq ikinci gündür ki, yol kənarına yerləşdirilmiş bomba hücumları həyata keçirilıir.

Digər bir xəbərdə isə Bağdaddan 60 km-lik məsafədə yerləşən Mhavel şəhərində həyata keçirilən bomba partlayışı zamanı 7 nəfər yaralanmışdır. Partlayışların məsuliyyətini üzərinə götürən olmayıb.

XS
SM
MD
LG