Accessibility links

Çin  təhlükəsiz və dinc oyunları təminat altına almağa söz verir


Çin rəsmilərinin bildirdiyinə görə, Olimpiya oyunları iştirakçıları terrorizm təhlükəsi altında deyillər. Olimpiya oyunlarının təşkilatçısı Sun Veyd bu gün müxbirlərlə görüşü zamani deyib ki, Çin təhlükəsiz və dinc oyunları təmin etməyə söz verir. Dünən terror hücumu Tsincianq regionunda 16 polis zabitinin ölümünə səbəb olmuşdu.
Bu arada Çinin qərb bölgəsi güclü zəlzələyə məruz qalıb. Rixter şkalası ilə 6 bal gücü olan zəlzələ Sıçuan vilayətinin Guanqyuan şəhəri yaxınlığında baş verib. Tələfat və dağıntılar barədə məlumat əldə edilməyib.

XS
SM
MD
LG