Accessibility links

ABŞ prezidenti Asiya səfərini Tailandda davam etdirir


ABŞ prezidenti Corc Buş Tailandaddadır. Prezidentin baş nazir Samak Sundaravey və Birmanın sürgündəki liderləri ilə görüşləri gözlənilir. Prezident Buş bu gün baş nazirlərlə şam yeməyi zamanı görüşəcək. Asiya səfərinin ikinci dayanacağı olan Tailandda prezidentlə birinci xanım Lora Buş Birma ilə sərhəd bölgədə yerləşən qaçqın düşərgəsi və klinikasına baş çəkəcək. Cümə axşamı günü Corc Buş ABŞ-Asiya münasibətlərinə dair nitq söyləməlidir. Olimpiya oyunlarının açılış mərasimi ərəfəsində onun Çində insan hüquqları vəziyyətini tənqid edəcəyi gözlənilir.

XS
SM
MD
LG