Accessibility links

Gürcüstanla Rusiya arasındakı döyüşlər nəticəsində yüzlərlə insan həlak olub


Gürcüstanla Rusiya arasındakı döyüşlər nəticəsində yüzlərlə insanın həlak olduğu bildirilir.Gürcüstan prezidenti Mixail Saakaşvili ehtiyatda olan zabitlərin ümummili səfərbəliyini elan edib. Rusiyanın hərbi təyyarələri Gürcüstanın Vaziani hərbi aerodromu və Marneuli ətraflarını bombardman edib. Gürcüstanın Daxili İşlər Naziriliyi qüvvələrin bir hissəsinin şəhərdən çıxarıldığını bildirir. CNN televiziyasına müsahibə verən Gürcüstan prezidenti bildirib ki, regionda nəzarətin ələ keşirilməsinə sərəncam verib. Prezidenti Saakaşvili Rusiya hərbi təyyarələrinin Gürcüstan şəhərlərinə hücumlarını dayandırmasını tələb edib. Rusiyanın Müdafiə Nazirliyi 10 rus əsgərinin həlak olduğunu, 30 əsgərin yaralandığını bildirib.

XS
SM
MD
LG