Accessibility links

Sabiq ABŞ prezidenti Bil Klinton demokratların qurultayında çıxış edəcək


ABŞ Demokrat partiyasının rəsmiləri sabiq prezident Bil Klintonun demokratların Denverdə təşkil ediləcək qurultayında çıxış edəcəyini elan ediblər. Avqust ayının 25-də açılacaq qurultayın 3-cü günü Bil Klintonun nitq söyləyəcəyi bildirilir. Həmin gün vitse-prezidentliyə namizəd də çıxış etməlidir. Sabiq birinci xanım Hillari Klintonun isə qurultayın ikinci günü çıxışı gözlənilir. Klinton-Obama birgə bəyanatında deyilir ki, bu tarixi tədbirdə iştirak edən hər bir kəs ehtiramla qarşılanacaq və partiya vəhdət nümayiş etdirəcək. Bu gün Hillari Klinton Nevada ştatında Barak Obamaya ilk solo dəstək kampaniyasına başlayır.

XS
SM
MD
LG