Accessibility links

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar paketini təsdiq edib


Avropa Birliyi İranın nüvə proqramı ilə əlaqədar bu ölkəyə qarşı yeni sanksiyalar paketini təsdiq edib. Avropa İttifaqı bu gün bildirib ki, bu, BMT-nin mart ayında təsdiq etdiyi maliyyə məhdudiyyətlərinə start verir. Beləliklə, Avropa İttifaqının maliyyə təsisatlarının İrana kredit və idxalı çətinləşdiriləcək. Bu ölçülərə əsasən İrandan daşınan mallar təftiş olunacaq.

Bundan əvvəl BMT Təhlükəsizlik Şurasının beş üzvü İrana uranın zənginləşdirilməsini dayandırması qarşılığında həvəsləndirici paket təklif etmişdi, lakin İran hələ buna cavab verməyib.

XS
SM
MD
LG