Accessibility links

Gürcüstan prezidenti separatçı regionlarda təcili atəşkəsə çağırıb


Gürcüstanda döyüşlərin başqa mübahisəli ərazilərə yayılması barədə məlumatların gəldiyi bir vaxt, ölkə lideri separatçı regionda təcili atəşkəsə çağırıb. Prezident Mixail Saakaşvili döyüşlərin sona çatdırılmasına Gürcüstan parlamenti hərbi vəziyyətin elan edilməsini təsdiq edəndən bir qədər əvvəl çağırıb.

Eyni zamanda, rəsmilər Rusiya qırıcı təyyarələrinin Abxaziya regionunda hədəfləri vurğuduğu bildirib. Cənubi Osetiya kimi Abxaziya da 1990-cı ildə Gürcüstandan müstəqilliyini bəyan edib. Rəsmi Tbilisi isə hər iki regionu mərkəzi hökumətin nəzarəti altına gətirəcəyinə söz verib. Bugünkü döyüşlərin çoxu Cənubi Osetiya paytaxtı Tsxinvali ətrafında olub. Şahidlərin sözlərinə görə, döyüşlər nəticəsində şəhərdə dağıntlar var, küçələr boyu insan cəsədlərini görmək olur.

XS
SM
MD
LG