Accessibility links

Corc Buş:Gürcüstana qarşı hücumlar münaqişəni təhlükəli həddə çatdırır


ABŞ prezidenti Corc Buş deyib ki, Rusiyanın Cənubi Osetiyada müharibə zonasından kənarda Gürcüstanda hücumları münaqişənin təhlükəli həddə çatdırılmasına işarədir. Cənab Buş deyib ki, hücumlar regionda sülhə təhlükədir. O, Rusiyanı bombardmanlara son qoymağa çağırıb və deyib ki, Gürcüstanın ərazi bütövlüyünə hörmət edilməlidir.

Prezident Buş bu açıqlamaları Olimpiya oyunlarının keçirildiyi Pekində bu gün verib. Ağ Evin mətbuat katibi Qordon Condrou bildirib ki, cənab Buş ABŞ-ın mövqeyini bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili və Rusiya prezidenti Dmitri Medvedevlə söhbətləri zamanı bir daha təkrar edib. Dünən prezident Buş məsələni Olimpiya oyunlarının açılış mərasimində iştirak edən Rusiya baş naziri Vladimir Putinlə müzakirə edib.

XS
SM
MD
LG